Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Şou Biznes / Sənubər İsgəndərli gileyləndi: “Səhər 8-də gedib gecə 3-də gəlirik…“

Sənubər İsgəndərli gileyləndi: “Səhər 8-də gedib gecə 3-də gəlirik…“

Əməkdar artist Sənubər İsgəndərli seriallarda verilən qonorarlardan gileylənib.

Aktrisa bu haqda “Səhər mərkəzi” proqramında deyib. O bildirib ki, hazırda gənclər yüksək qonorar tələb edir:

“Qonorarlar çox aşağıdır. Səhər 8-də çəkilişə gəlib, gecə 3-4 evə gedirsən. Az yatıb, səhər yenə tezdən işə gedirsən. Bunun qarşılığında pul azdır. Eqo var, bəzilərində bu təsdiqlənməyib, danışır. Bir də var sənətə və sənətkara qiymət vermək lazımdır.

Mən də qəşəng qiymət deyirəm, amma çəkilmək istəməyəndə. Heyif ki, indi hər şey instaqramla ölçülür”. 

Həmçinin oxuyun

İbrahim Tatlısəs evlənir – FOTO

Türkiyəli müğənni İbrahim Tatlısəs tvitterdəki paylaşımı ilə müzakirələrə səbəb olub.  Axşam.az xəbər verir ki, sənətçi …