Ana səhifə / Şou Biznes / “Sənin kimi gecələr Tarqovuda….” – Toliklə Rəhim arasında qalmaqal

“Sənin kimi gecələr Tarqovuda….” – Toliklə Rəhim arasında qalmaqal

Tolik mənim də arxamca danışırdı. Mən də onun cavabını verdim. Mənə zəng vurub, deyir, niyə belə? Sənə olar danışmaq, bizə yox? Demək, sənə hər şey demək olar. Amma səndən də çox məşhur olan, işlər görən, imkanı olan insanlardan biri də bizik. Bir müddət keçəndən sonra gördüm proqramda qurdluluq edib, sataşmağa başlayıb. Anladım ki, bu insanın xasiyyəti belədir, düzəlməz. Onun 18-20 yaşı yoxdur, düzələ. Nə olsun səhər 2 saat efirə çıxırsan. O demək deyil ki, hər kəsə qadağa qoya, neqativ ötürə bilərsən”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli “3 canlı” verilişində prodüser Tarix Əliyevin (Tolik) ünvanına deyib. O, Toliklə münasibətlərinin yaxşı olmadığını bildirib. 

Rəhimin efirdə söylədiyi sözlər cavabsız qalmayıb. Tolik ona İnstaqram səhifəsində cavab verib:

“Niyə həmişə bəzi kişi cildində olan, amma içində qadın olan müğənnilərin xoşuna gəlməmişəm? Nə edim sizin kimi gecələr Tarqovuda dumanlı başımla gəzim? Yoxsa sizin kimi ortalıqda qalım? Bəs mən nə edim, açım ağzımı? Nə edəcəksiniz, məni ölkədən deport edəcəksiniz? Necə ki, vaxtında gecə ilə uçurdular səni… Qoyun, oturmuşam yerimdə”. 


Paylaş:

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …