Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Səni tutmaz idi Salyanın ahı, səni çiçək ahı, gül ahı tutdu

Səni tutmaz idi Salyanın ahı, səni çiçək ahı, gül ahı tutdu

Azinforum.az şair-publisist Heydər Oğuzun yenicə qələmindən çıxmış bir şeirini təqdim edir.

 

Qalib bir sərkərdə ədası ilə

Başına qızılgül səpdirən məmur.

Özünü Osmanlı şahzadəsiylə

Eyni tərəziyə qoymadan, bir dur!

 

Təqlid elədiyin həmin igidin

Altından keçdiyi bir gül deyildi

O nadir qəhrəman, cahangir idi,

Önündə sənintək yüzü əyildi.

 

 

Özünü ha öldür, ha vurnux, didin,

Od olsan, atəşin özünü yaxar.

Tozu da olmarsan həmin igidin

Səndən uzaq başı bir məmur çıxar.

 

Salyanı yoxsa ki, dünyamı sandın,

Özünü bənzətdin gör, kimə, hələ?

Altından keçdiyin gül də utandı,

Bu cür düşməmişdi o dildən-dilə.

 

Uzun keşməkeşli tarix boyunca

Özgə bir yer olub güllərin yeri.

Bu millət o gülü hər kəsdən uca,

Müqəddəs bilibdir min ildən bəri.

 

O, bəzən ən böyük sevginin rəmzi,

Bəzən də peyğəmbər simvolu olub.

Ləçək üstündəki hər damar izi

Hansısa ürəyin bir qolu olub.

 

O bülbül eşqinin yadigarıdır,

Ləçəyi bülbülün qanına batıb.

O, nakam sevginin ahu-zarıdır,

Nə qədər şeirə gül ətri qatıb.

 

Sən onu çıxarıb el arasına

Vəzifə eşqinə kölə elədin.

Xor baxdın elimin bu mirasına,

Cılız hislərinə tələ elədin.

 

Sən həris duyğunla gülün xətrinə

Dəyib neçə-neçə qarğış qazandın.

Ayrı bir iy qatdın onun ətrinə

Elə bu səbəbdən özün də yandın.

 

O, bir qızılgüldü – güllərin şahı,

Nə saman çöpüydü, nə adi otdu.

Səni tutmaz idi Salyanın ahı,

Səni çiçək ahı, gül ahı tutdu.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın