Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Şou Biznes / “Səni həmişə və həmişəlik sevirəm”

“Səni həmişə və həmişəlik sevirəm”

Azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənən Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu Kris Van Damm instaqramda həyat yoldaşı ilə yeni fotolarını paylaşıb.

O, paylaşımında “Biz, nəhayət ki, bunu etdik” sözlərini yazıb. K. Van Damm, həmçinin #HappilyEverAfter həştəqini əlavə edib.

Fotoları şərh edən S. Hacızadə instaqramda bunları yazıb:

“Səni həmişə və həmişəlik sevirəm. İnşallah, hər şey möhtəşəm olacaq!”.

Xatırladaq ki, Kris Van Damm və Suada Hacızadənin nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda olub.

Həmçinin oxuyun

Emin Ağalarov qızları ilə – Fotolar

Xalq artisti Emin Ağalarov qızları Amina və Afina ilə istirahətə yollanıb. Sənətçi “Instagram” hesabında istirahət …