Cümə , Oktyabr 30 2020
Ana səhifə / Şou Biznes / “Sən xəstə işçini qovmusan” – Efirdə gərginlik

“Sən xəstə işçini qovmusan” – Efirdə gərginlik

“Maşın” realiti şousunun dünənki buraxılışı da qalmaqalsız ötüşməyib. “Qafqazinfo” xəbər verir ki, Hüseyn Əzizoğlu tərəfindən hədəf seçilən aparıcı İlhamə Bədəlova səs toplamaq üçün tamaşaçılara üz tutub.  O, aparıcısı olduğu “Həkimsən” proqramına qonaq olan bütün səhiyyə işçilərindən də ona dəstək olmalarını xahiş edib. 

Bu zaman Roza Zərgərli aparıcının müraciətinə müdaxilə edib.  O, İlhamənin həkimlərdən səs istəməsinə etiraz edib:

“Həkimlər and içirlər və insanlara şəfa gətirirlər. Azərbaycanda çox gözəl həkimlər var. Sən o proqramı sadəcə sima kimi aparırsan. O işi dərindən bilsəydin, ağır xəstə işçini qovmazdın. Qorxurdun ki, sən xəstələnərsən”.
Daha sonra İlhamə Bədəlova Rozanın ittihamına cavab vermək istəyib:“Roza, sən yanılırsan. Mən o işçini xəstə olduğu üçün qovmamışam”.

Bu zaman hər iki məşhurun mikrofonları söndürülüb.

Bundan əlavə, “Maşın” şounun rəsmi “Youtube” səhifəsində yayımlanan proqramda həmin kadrlar çıxarılıb.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …