Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Şəmkirdə əlil uşaqlara əlil arabası hədiyyə edildi

Şəmkirdə əlil uşaqlara əlil arabası hədiyyə edildi

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Şəmkirdə əlil uşaqlara əlil arabası hədiyyə edilib.

Azinforum.az-ın xəbərinə görə, “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında həyata keçirdiyi “Şəmkir şəhər sağlamlıq imkanları məhdud uşaqların icma əsaslı Sosial Reabilitasiya Mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəsinin yekun tədbirini təşkil edib.

el1

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə adaptasiyası və bunun qarşısını alan problemlərin aradan qaldırılmasıdır. Layihə doqquz ay boyunca Şəmkir şəhərində davam edib, yetmiş nəfər sağlamlıq imkanı məhdud uşağın reabilitasiya proqramını həyata keçirib. İcma əsaslı reabilitasiya proqramına sağlamlıq imkanı məhdud uşaqların valideynlərinin psixoloji tədbirlərlə maariflənməsi üçün seminarlar, müxtəlif kurslar vasitəsilə sağlamlıq imkanı məhdud uşaqların nitq qabiliyyətinin yaxşılaşdırılması üçün loqoped dərsləri, motorikanın gücləndirilməsi üçün əl işləri kursları, sosial bacarıqlarının artırlması üçün müxtəlif ekskursiyalar, maarifləndirici tədbirlər daxil edilib.

el2

 

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Gəncliyə Yardım Fondunun fəaliyyətini nəzərə alaraq, layihənin icrası zamanı əlil arabasına olan ehtiyacları Fonda ünvanlayıb. Müraciətləri nəzərə alaraq Gəncliyə Yardım Fondu sağlamlıq imkanları məhdud uşaqlarla görüşmüş, on uşağı əlil arabası ilə təmin edib.

Layihənin icrası Şəmkir Heydər Əliyev Mərkəzi ilə birgə əməkdaşlıq, Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.

el3

el4

el5

el6

el7

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın