Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Şou Biznes / Səməd Vurğunla bağlı “satqın” iddiasına xalq nə deyir? VİDEOSORĞU

Səməd Vurğunla bağlı “satqın” iddiasına xalq nə deyir? VİDEOSORĞU

Politoloq Hikmət Hacızadənin xalq şairi Səməd Vurğunu satqın adlandırması və onun şeirlərini, istedadını sual altına alması son günlərin əsas müzakirə və qalmaqal mövzusuna çevrilib. Onu da xatırladaq ki, müstəqillik illərində Səməd Vurğunun yaradıcılığına və şəxsiyyətinə ikili yanaşma hər zaman olub.

Bir qisim onu dahi şair hesab etsə, də digər bir azsaylı kəsim Hikmət Hacızadə ilə eyni fikirdədir. Daha öncə də , ADP sədri Sərdar Cəlaloğlu, gənc şair Aqşin Yenisey və digərləri şair haqqında tənqidi fikirlər səsləndiriblər. Onun repressiya qurbanı olan şairlər haqqında yazdığı fikirlər müzakirə mövzusuna çevrilib. Geniş kütlənin nəzərində isə Səməd Vurğun əvvəlki kimi xalq şairi dəyərini saxlamaqdadır.
Bəs görəsən , bu cür müzakirələr sadə insanları narahat edirmi? Onlar Səməd Vurğunun həyat və yaradıcılığını necə qiymətləndirirlər? Xalq şairinin satqın olması iddiası ilə razılaşırlarmı?

Musavat.com-un müxbiri bu suallar ətrafında paytaxt sakinləri arasında sorğu keçirib.

Respondentlərin əksəriyyəti mərhum şairin satqın olması fikrinə etiraz ediblər. Yalnız bir neçə nəfər onun Süleyman Rüstəm və Məhəmməd Əmin Rəsulzadə haqqında səsləndirdiyi neqativ fikirləri xatırladıb.

Sorğumuzda yazıçı-publisist Həmid Herisçi də iştirak edib. O, politoloq Hikmət Hacızadənin Səməd Vurğun haqqında dediklərini əsassız adlandırıb.

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın