Bazar , Sentyabr 19 2021
Ana səhifə / Şou Biznes / Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? – “Ailəsinin imkanı yoxdur“

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? – “Ailəsinin imkanı yoxdur“

Bir neçə gün öncə 40 mərasimi baş tutan mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə sənətçiyə niyə məzar daşı qoyulmadığı ilə bağlı müxtəlif iddialar irəli sürülüb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev həmkarının 40 mərasiminə çağrılmadığını deyib.

O, bu məsələnin Mədəniyyət Nazirliyi tərəfindən diqqətə alınmalı olduğunu bildirib:

“Açığı, məzar daşı ilə bağlı məlumatım yoxdur. Hələ də niyə qoyulmayıb bilmirəm. Heç mənim 40 mərasimindən belə xəbərim olmayıb, gərək məni çağıraydılar. Heç çağıran olmayıb, mən də getməmişəm, sonradan xəbər tutdum ki, 40 mərasimi olub, keçib. Səməd Səmədov Xalq artisti idi, əgər həyat yoldaşının, ailəsinin məzar daşı qoydurmağa maddi imkanı yoxdursa, gərək dövlət tərəfindən yardım olunsun. Məim tanıdığım bir neçə sənətçi olub ki, onun ailəsinin maddi imkanı yaxşı olmayıb deyə, Mədəniyyət Nazirliyindən yardım edilib. Səməd Səmədovun da yəqin ki, ailəsinin imkanı yoxdur. Çünki yazıq Prezident təqaüdü almırdı. Gərək bu işdə Mədəniyyət nazirliyi onun ailəsinə dayaq olsun. Hələ ki, 40-ı təzə çıxıb, İnşallah, ilinə qədər məzar daşı qoyular. Inanıram ki, Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı bir ölçü götürər”.

Həmçinin oxuyun

Nura Suri: “O dərsdən heç nə başa düşmürdüm“

Müğənni Nura Suri məktəb illərindən danışıb. ARB TV-nin “Özəl” verilişinin növbəti qonağı sənətçi bəzi dərslərə …