Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / “Səməd Səmədov məndən 10 min istədi“ – Mənzurə

“Səməd Səmədov məndən 10 min istədi“ – Mənzurə

“Yeni duetlər yazdırırıq, artıq bir neçəsi hazırdır. Bacımın kürəkəni Mirələm Mürsəlli ilə duetlər ərsəyə gətirib, ifa edirik. Elə bilirəm ki, Mürsəl öz kürəkənimdir. Artıq efirlərə onunla birlikdə gedirəm. Ona həm dəstək oluram, həm də səsimiz bir-birinə düşür, duetlərimiz yaxşı alınır”.

Bunu müğənni Mənzurə Musayeva deyib.

O əlavə edib: Gözəl səsli insana dəstək olmaq lazımdır. Duet oxumaq üçün mütləq şəkildə səs uyğun olmalıdır. Ya səs rəhmətlik müğənnimiz Səyyad Əlizadənin səsi kimi bəm olmalıdır ki, o bəmdən oxuyanda mən zildən oxuyum. Eyni notdan oxuyuruqsa onun da səsi çatmalıdır. Mirələmlə səsimiz bir-birinə düşür”.

“Bir xanım qohumum var idi, oxumaq, tanınmaq istəyirdi. Bir dəfə rəhmətlik Səməd Səmədova dedim. Mənə dedi ki, 10 min pul ver, onu məşhur edim. Zarafatca dedim ki, çox sağ ol, Səməd, məndən pul istəyirsən?!

Əslində bu normaldır, amma Səməd bunu mənə deməli deyildi. Çünki o mənim qohumum idi, mən ondan necə pul ala bilərdim?! Mən nə qədər insanla duet oxumuşam, amma heç biri ilə aramızda pul söhbəti olmayıb. Mahnı xoşuma gəlib oxumuşam” deyə sənətçi bildirib”, – deyə müğənni fikirlərini yekunlaşdırıb. Moderator.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …