Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Şou Biznes / Səlim Müslümovdan Gəncədə əmək yarmarkasında baş verənlərə – MÜNASİBƏT

Səlim Müslümovdan Gəncədə əmək yarmarkasında baş verənlərə – MÜNASİBƏT

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Gəncədə əmək yarmarkasında baş verən insidentə münasibət bildirib.

Nazir bildirib ki, heç bir əmək yarmarkasında ortaya qoyulan iş yerləri formal ola bilməz: “Bunlar müəssisələrin rəsmi təsdiq etdiyi vakansiyalardır. Rəsmi olmayan heç bir vakansiya qəbul olunmur. Heç bir müəssisə özbaşına boş olmayan yeri məşğulluq xidməti orqanlarına verə bilməz”.

S.Müslümov qeyd edib ki, Gəncədə əmək yarmarkasına 796 iş yeri çıxarılıb, ancaq çıxarılan vakansiyaların sayı ilə onu əldə etmək istəyənlərin sayı arasında balans pozulub: “Yəni müraciət edənlərin sayı həddən artıq çox olub. Əlbəttə, belə olan halda müəyyən ajiotaj yarana bilər. Amma bu normaldır. Bu barədə hər hansı yanlış fikirlərə yol vermək lazım deyil”.” Report.az

Həmçinin oxuyun

“Ermənilər Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər” – Brilliant Dadaşova

“Yaralar o qədər dərindir ki, onların qaysaq bağlamasına  hələ çox vaxt lazımdır. Çünki biz təkcə …

Bir cavab yazın