Şənbə , Avqust 24 2019
Ana səhifə / Şou Biznes / Səlim Müslümov “NAZ-Lifan” almayıb

Səlim Müslümov “NAZ-Lifan” almayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev nazir Səlim Müslümovun şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alması ilə bağlı xəbəri təkzib edib.

E.Babayev bildirib ki, son iki ildə 1933 ədəd “NAZ-Lifan”markalı maşın alınıb və müharibə veteranlarına paylanılıb.

Şöbə müdrinin sözlərinə görə, yuxarıda qeyd olunanlardan başqa heç bir avtomobil alınmayıb.

“Naxçıvan Avtomobil Zavodundan “Naz-LİFAN” markalı minik avtomobilləri alınıb: “Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən, son iki il ərzində Naxçıvan Avtomobil Zavodundan 1933 ədəd “Naz-LİFAN” markalı minik avtomobili alınaraq növbədə dayanan müharibə əlillərinin istifadəsinə verilib. Amma nazirlik tərəfindən digər məqsədlər üçün “Naz-LİFAN” markalı minik avtomobili alınmayıb. Yeri gəlmişkən, bu müddətdə hələ bir nəfər belə bu maşınlardan narazılığını bildirməyib”, – deyə Elman babayev bildirib.

Bu gün xəbər yayılmışdı ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb. Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov mətbuata açıqlamasında deyib ki, nazirliklərdən çoxlu təkliflər alınıb.

“Daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirik. Nazir Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin işçiləri “NAZ-Lifan” avtomobilləri ilə maraqlanırlar. Bundan öncə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizdən xeyli sayda avtomobil alınıb. Məndə olan məlumata görə, nazir Səlim Müslümov da şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb”, – deyə Ə.Rəhimov bildirib.

Nazirin aldığı avtomobilin qiymətini dəqiq deyə bilməyən direktor xatırladıb ki, qiymətlər modifikasiyalara uyğun olaraq dəyişir. (anspress.com)

Həmçinin oxuyun

Azərbaycanlı model soyundu – Fotolar

Faina Zuckerman bədən quruluğu və gözəlliyi ilə hamını özünə heyran edir.  Atası yəhudi, anası azərbaycanlı …

Bir cavab yazın