Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Səlim Müslümov: “Hətta mən özümü təqdim edib, nazir olduğumu dedim…”

Səlim Müslümov: “Hətta mən özümü təqdim edib, nazir olduğumu dedim…”

“Erməni qəsbkarları bilməlidir ki, bu gün artıq onların qarşısında 1990-cı illərdə olduğu kimi könüllülük əsasında döyüşməyə gəlmiş, “dayandoldurum”larla silahlanmış özünümüdafiə batalyonları yoxdur”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Milli qəhrəmanlarımız” adlı kitabın təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, erməni qəsbkarları artıq qarşılarında nizami Azərbaycan ordusu olduğunu bilməlidirlər: “Aprelin 6-da Horadizə getmişdim. Şəhid ailələri və sağlamlıqlarını müharibədə itirən qəhrəmanlarımıza tikilən evləri təqdim edirdik. Mən orda bizim insanların çoşqusunu gördüm, Azərbaycan ordusunun son uğurlarından qürur hissi keçirdiklərini gördüm. Nizami Azərbaycan ordusunu gördüm. Bir əsgər belə əmrdən kənara bir addım atmır. Hətta mən özümü təqdim edib, nazir olduğumu dedim. Onun dəxli yoxdur. Əmr verilib. Deyilən yerdən kənara keçmək olmaz və icazə verilmədi. Bu, əsl nizami ordudur. Bu ordu hər şeyə qadirdir”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın