Cümə , İyul 19 2019
Ana səhifə / Şou Biznes / Şəkidən müdhiş iddia: Təhsil Şöbəsinin müdir müavini müəllimlərə təcavüz edir

Şəkidən müdhiş iddia: Təhsil Şöbəsinin müdir müavini müəllimlərə təcavüz edir

Sosial şəbəkələrdən birində dəhşətli məlumat yayılıb.

Cebhe.info xəbər verir ki, Elşən Məmməd adlı profilin sahibi özünün “Facebook” səhifəsində Şəki şəhərində qadın müəllimlərə təcavüz edilməsi barədə şok status yazıb. Elşən Məmməd iddia edir ki, Şəki şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev narkotik vasitə qəbul edəndən sonra qadın müəllimlərə təcavüz edir. Facebook istifadəçisi Elxan Abdullayevin şəxsi kabinetində ovucunda heroinə bənzər ağ toz iyləyəndən sonra bu hərəkəti törətdiyini bildirib. Şok statusla bağlı Elşən Məmmədlə əlaqə yaratdıq. O, faktı təsdiqləyərək, hətta hadisə barədə yazdıqlarına cavabdeh olduğunu deyib: “Mən zərərçəkənlə söhbət etdim. O bu barədə məlumatın təfərrüatı ilə yayılmasını istəmir. Amma mən bu fakta başım qədər cavabdehəm, qoy gəlib mənim üstümə düşsünlər. Bu hadisə baş verir”.

Məlumata görə Elxan Abdullayevin hərəkətləri rayon sakinlərini ciddi narahat edib və hadisənin davam etməməsi üçün sosial şəbəkələrdə fakt barədə qismən də olsa məlumat verilib.

Məsələ ilə bağlı Şəki şəhər Təhsil Şöbəsi ilə əlaqə saxlasaq da suallarımız cavablandırılmayıb. Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“Vicdan haqqı”nın məşhur cütlüyü aparıcılıq edəcək

“Vicdan haqqı” serialından sonra məşhurlaşan və ailə quran Ülviyyə Xalidbəyli ilə Murad İsmayıl cütlüyü aparıcılığa …

Bir cavab yazın