Cümə , Yanvar 22 2021
Ana səhifə / Şou Biznes / Səhiyyə Nazirliyindən doğuş zamanı ana ölümünə münasibət…

Səhiyyə Nazirliyindən doğuş zamanı ana ölümünə münasibət…

Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişən ananın qripə yoluxduğu barədə məlumat diqqətləri yenidən ölkədə “donuz qripi” xəstəliyinin olmasına çəkib.
Amma Səhiyyə Nazirliyindəki Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva Modern.az saytına açıqlamasında bildirib ki, hamilədən götürülmüş analizlər təhlil olunub: “Onun “donuz qripi” virusuna yoluxmadığı sübut olunub” deyən L.Rzaquliyeva qeyd edib ki, anada ağır ağciyər xəstəliyi olub və həkimlər məcburən hamiləliyi tez sonlandırıblar.
“Ana doğuş zamanı ölməyib. Yəni bu problem hamiləlik və doğuşla bağlı olmayıb. Onda ağır ağciyər xəstəliyi müşahidə edilib və Aciyər Xəstəlikləri İnstitutunda baxılıb. Həkimlər neçə gündür əllərindən gələni edib ki, ana sağ qalsın. İndi onun analizləri göndərilib və hansı ağciyər xəsətliyi olduğu aşkarlanacaq. Məlumat olan kimi ictimaiyyətə informasiya veriləcək. Amma ana “donuz qripi”nə yoluxmayıb”.
Komissiya sədri bildirib ki, bu xəstəlik anada əvvəlcədən olmayıb: “Xəstəlik əvvəlcədən olmayıb. Məgər hamilə qrip, sətəlcəm ola bilməz? Hamiləliyi də tez bitiriblər ki, uşağa nəsə olmasın. Uşaq da sağdır, vəziyyəti yaxşıdır”.
Qeyd edək ki, dünən Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında 1986-cı il təvəllüdlü Elnurə Elman qızı Xanəliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə  Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə  əməliyyatı olunmasını qərara alıblar.
Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın