Şənbə , İyul 20 2019
Ana səhifə / Şou Biznes / Səhiyyə Nazirliyi: Partlayışda 24 nəfər yaralanıb

Səhiyyə Nazirliyi: Partlayışda 24 nəfər yaralanıb

Azərbaycan Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib.
Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür.

Həmçinin oxuyun

Əməkdar artist toyda aş gətirmək üçün 10 min dollar tələb edib

Ötən gün Azad Azərbaycan Telelviziyasında (ATV) yeni şou veriliş başlayıb. “Üçümüz” adlanan verilişin ilk qonağı …

Bir cavab yazın