Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Səfirləri işdən qovan azərbaycanlı biznesmen – Fərhad Əhmədov

Səfirləri işdən qovan azərbaycanlı biznesmen – Fərhad Əhmədov

Milyarder Fərhad Əhmədovun çilingərlikdən neft maqnatına qədər gedən həyat yolu

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza və onun rusiyalı həmkarı Vasili İstratov “Teymur Əhmədov adına AzNar” QSC-nin Direktorlar Şurasının üzvü vəzifəsindən azad edilib. Bu barədə “Turan” agentliyi məlumat yayıb. Xəbərdə qeyd olunur ki, bu barədə qərar ümumi yığıncaqda qəbul edilib. 
Belə ki, ümumi yığıncaqda “Teymur Əhmədov adına AzNar” QSC-nin Direktorlar Şurasının ləğvi barədə qərar qəbul edilib. Qanunvericiliyə əsasən, təsisçi sayı 50-dən az olan şirkətlərdə Direktorlar Şurası olmaya bilər. Direktorlar Şurasına sabiq səfirlərdən başqa Fərhad Əhmədov və Kristos Arvanitakis də daxil idi.
Qeyd edək ki, şirkətin səhmlərinin 99,94%-i RF-də yaşayan milyarder Fərhad Əhmədova məxsusdur. Mətbuatda açıqlanan 2014-cü il üçün hesabatda bildirilir ki, ötən il nar və meyvə şirəsi istehsal edən şirkətin 32,4 min manat mənfəəti olub. Mənfəət vergisi ödəniləndən sonra qalan 23,3 min manat dividentlərə yönəldilib.
Ancaq təbii ki, bu xəbərin ən çox diqqət çəkən hissəsi iki keçmiş səfirin işdən azad edilməsi faktı idi. Dünyanın iki qüdrətli ölkəsinin Azərbaycandakı sabiq səfirlərini işdən çıxaran azərbaycanlı iş adamı və onun biznes fəaliyyətinə maraq yaranır. Əcəba, səfirləri işə götürən və sonra işdən azad edən azərbaycanlı iş adamı kimdir? 
 
Fərhad Teymur oğlu Məmmədov 1955-ci il sentyabrın 15-də Bakıda anadan olub. Əslən Qubadlı rayonundandır, ancaq atası Göyçay konserv zavodunun direktoru olduğu üçün uşaqlığı bu rayonda keçib. Ancaq F.Əhmədov Azərbaycanı çox erkən, 15 yaşı olarkən tərk edir. 1969-cu ildə Moskvaya gələn F.Əhmədov texniki peşə məktəbinə daxil olub, çilingər ixtisasına yiyələnib. Hərbi xidmətdən qayıdandan sonra – 1977-ci ildə Skryabin adına Veterinarlıq Akademiyasına qəbul olunub, mallar və əmtəəşünaslıq ixtisası üzrə təhsil alıb. Daha sonra Qubkin adına Neft İnstitutunda aspiranturanı bitirib.
1986-cı ildə “yenidənqurma” başladıqdan sonra F.Əhmədov ticarət sahəsinə baş vurur və xarici ölkələrə xəz-dəri məmulatları ticarəti ilə məşğul olmağa başlayır. Həmin il Londona köçür və burda bir müddət xəz satışı üzrə menecment kimi fəaliyyət göstərdi. Görünür, burda birinci ixtisasını Baytarlıq Akademiyasında almasının rolu olub. Ancaq Londonda F.Əhmədov təhsilini daha da təkmilləşdirir və London Yüksək İqtisadiyyat Məktəbinə daxil olur. 
 
Ancaq bu dövrdə Yaşıllar Hərəkatının təşkil etdiyi aksiyalar nəticəsində Rusiyadan idxal olunan heyvan xəzlərinə tələbat azalmağa başlayıb. Bundan sonra F.Əhmədov neft biznesinə girişib. Əvvəlcə neft-qaz yataqlarının istismarı ilə məşğul olan ingilis şirkətlərində menecer kimi fəaliyyətə başlasa da, bir qədər sonra, 1987-ci ildə özünün “Tansley Trading Ltd” adlı şirkətini yaradır. Bu şirkət neft və neft məhsulları bazarında ticarət əməliyyatları həyata keçirir, SSRİ-dən neft və neft məhsulları idxal edir və həmçinin “Qazprom” şirkətinə avadanlıqlar satırdı.
1989-cu ildə F.Əhmədov Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun ideoloqu kimi çıxış edərək, bu layihəyə “Amoco Eurasia” və “McDermott” kimi nəhəng şirkətləri cəlb edir.
1993-cü ildə “Transley Tradinq”in adı dəyişdirilərək “Farko Qrup” olur. “Farko Qrup” Rusiyanın Şimali Urenqoy yataqlarında layihə üzrə aparılacaq hasilat işlərinə operator qismində dəvət alır. Həmin yatağın işlənməsi üçün “Nortqaz” Qapalı Səhmdar Cəmiyyətini qurub və onun İdarə Heyətinin rəhbəri seçilib. 
O vaxt Rusiya iqtisadiyyatı kifayət qədər acınacaqlı durumda olduğu üçün “Nortqaz”ın da sözügedən yataqları işlətmək üçün heç bir gücü yox idi. Rusiya mətbuatı yazır ki, F.Əhmədov şirkəti alarkən “Nortqaz” cəmi 3 nəfərdən – prezidentdən, onun müavinindən və menecerdən ibarət idi. Lakin azərbaycanlı iş adamı şəxsi kapitalı hesabına şirkəti sıfırdan başlayaraq yenidən qurur, bir neçə il ərzində “Nortqaz” bazar dəyəri 1 milyard dollardan yuxarı olan nəhəng biznes qurumuna çevrilir. Bununla da F.Əhmədov Rusiyanın neft-qaz sahəsində ən iri fiqurlardan biri hesab edilir.
Lakin 2000-ci ilin əvvəllərində onunla “Qazprom” rəhbərliyi arasında mülkiyyət məsələsi üstündə müəyyən narazılıq yaranıb. Nəticədə F.Əhmədov “Nortqaz”ın səhmlərinin bir hissəsini “Qazprom”a verib.
2004-cü ilin 9 dekabrında Krasnodar vilayətindən Rusiyanın Federasiya Şurasının üzvü seçildikdən sonra “Nortqaz”ın prezidenti vəzifəsindən könüllü istefa verir.
2000-ci illərin əvvəllərində F.Əhmədov Azərbaycanda biznes qurur. Daha dəqiqi, 2006-cı ildə bir zamanlar atasının rəhbərlik etdiyi Göyçay nar zavodunu alır. Və özünün təsis etdiyi “AzNar” MMC-nin müəssisəsinə çevirir. Şirkət Göyçay rayonunda 1050 hektar sahədə nar bağları yaradıb. Şirkət 100 faiz təbii nar şirələrinin istehsalı və dünya bazarlarına çıxarılmasını təmin edir.
 
O, ilk dəfə 2004-cü ildə “Forbes” jurnalının zənginləri siyahısına düşüb. İlk vaxtlar F.Əhmədovun sərvəti 330 milyon dollar dəyərində qiymətləndirilirdi. Hazırda 1,3 milyard dollar sərvəti olduğu güman edilir.
Paralel olaraq Fərhad Əhmədov elmi fəaliyyətlə də məşğul olur. O, Rusiya və MDB ölkələrinin neft-qaz kompleksinin problemləri ilə bağlı çoxsaylı monoqrafiya və elmi məqalələrin müəllifidir. 1997-ci ildən Texnoloji Elmlər üzrə Beynəlxalq Akademiyanın müxbir üzvüdür. O, 2000-ci ildə İ.M.Qubin adına Rusiya Neft və Qaz Dövlət Universitetinin aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. 1996-2006-cı illər arasında “Neft-qaz üfüqləri” jurnalının naşiri olub.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın