Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Şou Biznes / Şəbnəm: “Uşaq vaxtı mənə “peti” deyirdilər” – VİDEO

Şəbnəm: “Uşaq vaxtı mənə “peti” deyirdilər” – VİDEO

Müğənni Şəbnəm Tapdıq Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub. Müğənni ilk dəfə efirdə nənəsinin fotosunu göstərib və onun haqda danışıb.  Müğənni adının Şəbnəm olmasının belə izah edib: “Məni daha çox ata tərəfimə bənzədirdilər. İsti yay vaxtı idi əlində sovqatla nənəm bizə qonaq gəlmişdi. Atam pilləkənlərdən yuxarı çıxanda eşidib ki, ağlaşma səsi gəlir. Hamı aşağıda ağlayırdı, mən də yerimdə ağlayırdım. Atam həmin an şoka düşdü ki, bu qadına noldu birdən. Sən demə anidən təzyiqi qalxıb. Bu nənəmin bir tərəfi fransız idi. Anam da bizə fransızca bəzi sözlər deyirdi. İstəyirdi ki, o dilə uyğun ilk hecası “Şəb” olan Şablyen, Şablen qoymaq istəyib. Uşaqlıqda mənə “peti” “petite” deyiridlər. Atam dedi əcnəbi ad qoysam gülərlər. Həmin an işıqlarda söndü. Atam qucağına alır, göz yaşlarımı silir və onu şehə bənzədir. Adımı qoyurlar Şəbnəm. Bu ad faciədən və göz yaşlarından qoyulub”. Sözügedən kadrları təqdim edirik:(azxeber.com)

Həmçinin oxuyun

“Mənim, yengəyə ehtiyacım yoxdur” – Mələk Heydərova

“Çərçivə qoyulanda da özümüzü itirdik. Bizi bir az çərçivəyə saldılar, biz konkret qapandıq özümüzə. Yəni …