Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Şou Biznes / Şəbnəm Tovuzlunun obyektində fəhlələrin həyatı üçün təhlükə

Şəbnəm Tovuzlunun obyektində fəhlələrin həyatı üçün təhlükə

Müğənni Şəbnəm Tovuzlunun obyektinin tikintisi artıq başa çatır. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumat və fotofakt sosial şəbəkədə yayılıb.

Xəbərdə bildirilir ki, Şəbnəmin “Həci” deyə tanıtdığı həyat yoldaşı olan iş adamı 5 mərtəbəli binanı müğənni üçün tikdirir. Bina Həsən Əliyev küçəsi ilə “Mərdanov qardaşları” küçəsinin kəsişməsində yerləşir:

“Hacı Ramazan Mirzəyevin (70-ə yaxın yaşı var) Şəbnəm Tovuzlu üçün tikdirdiyi obyektdə fəhlələr “kaska”sız, təhlükəsizlik kəməri olmadan işləyirlər, özü də bayram günü və küləkli havada… Bir bədbəxt hadisə olsa, qanları da batacaq yəqin. 

Obyektin l mərtəbəsində böyük market, ll mərtəbəsində “Spa” mərkəzi, idman zalları, gəlinlik salonları, lll mərtəbəsində Şəbnəmin ofisi və işçiləri, lV mərtəbəsində icarəyə verilən obyektlər, V mərtəbəsində mansard restoran yerləşəcək”.

Həmçinin oxuyun

Nazənin izləyicisini polisə verir

Müğənni Nazənin Salayeva şəxsi instaqram hesabının istifadəçisindən hüquq-mühafizə orqanlarına müraciət edəcək. “Qafqazinfo” xəbər verir ki, …