Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Şou Biznes / Şəbnəm Tovuzlu: “Xalq daha çox hansı ifaçını sevirsə, o ifaçı Xalq artistidir”

Şəbnəm Tovuzlu: “Xalq daha çox hansı ifaçını sevirsə, o ifaçı Xalq artistidir”

“Üç ildir ki, mən heç bir efirə pul vermirəm. Onsuzda mən reytinqli ifaçıyamsa, istər-istəməz məni verilişinə dəvət edəcəksən. Çünki sənin mənə ehtiyacın var. Bir ifaçı kimi, bilirəm ki, hansı efirdə varamsa, orada reytinq var”.

Bu sözləri müğənni Şəbnəm Tovuzlu MTV-də yayımlanan “Mtv Maqazin” verilişinə müsahibəsində deyib.

Müğənni sosial şəbəkələrə arxalanıb efirdən imtina edən həmkarlarına da irad tutub.

“Bu gün nə qədər desələr də ki, “efir olmasa da, biz bizik”, elə deyil. Hər bir ifaçının efirə ehtiyacı var”,- deyə Şəbnəm əlavə edib.

Fəxri adı olmasa da, Tovuzlu xalqın sevgisini qazandığını iddia edərək özünü “Xalq artisti” adlandırıb:

“Xalq daha çox hansı ifaçını sevirsə, o ifaçı Xalq artistidir. Bizi xalq sevir. Məni hər hansısa bir şirkətin işçiləri sevmir ki. Əgər bir ifaçını xalq dəstəkləyirsə, sevirsə, dəyər verirsə, demək bu ifaçı özü Xalq artistidir”.

Həmçinin oxuyun

Xuraman Əlizadə: “Mənə lağ edirsiz…“

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə oğlu Əlinin ünvanına yazılan şərhə əsəbiləşib. Axşam.az xəbər verir ki, …