Ana səhifə / Şou Biznes / Şəbnəm Tovuzlu: “Rusiyadan qazandığım pullarla 48 min borcumu ödədim”

Şəbnəm Tovuzlu: “Rusiyadan qazandığım pullarla 48 min borcumu ödədim”

Moskvada konsert verdiyim üçün hamı məni qınadı. Amma şəhidlərin 40-ı çıxandan sonra getdim. Qonorar qarşılığında 5 konsert təklifi aldım və razılaşdım.

Bu sözləri müğənni Şəbnəm Tovuzlu “Günə bir şou” proqramına qonaq olarkən deyib. Sənətçi Rusiyadan qazandığı məbləği açıqlayıb:

“Rusiyada 17 konsert və 2 el şənliyində oxudum. Bir konsertdən 4 min dollar aldım. Amma elə vaxt olub ki, Rusiyaya biletpulundan əlavə 6-7 min dollara gedirdim. Digər yerlərdən də təklif gəldi, amma qəbul etmədim.

Banka borcum var idi. Avtomobilimin kreditini bağladım. Banka 48 min manat ödədim. İstəyir həyatımda Həci olsun, istəyir olmasın, bu mənim sənətimdir.

Düzdür, qonorarda bir az endirim etdim. Pandemiyanı, insanların durumunu nəzərə aldım. Amma çox da ucuz dəvətləri qəbul etmədim. Xəyyam Nisanov mənə zəng etdi ki, qiyməti çox ucuzlaşdırma, sabah səni el şənliklərinə Bakıdan gələn dostumuz kimi təqdim edə bilək”. Axşam.az

Həmçinin oxuyun

Ebru Gündeş Rza Zərrabdan Hadisəyə görə boşanır?İDDİA

Türkiyənin məşhur sənətçisi Ebru Gündeşlə Rza Zərrabın boşanma prosesində müğənni Hadisənin adı hallanıb. Türkiyə mətbuatı bildirir …