Şənbə , Avqust 13 2022
Ana səhifə / Şou Biznes / Şəbnəm Tovuzlu Roza Zərgərliyə cavab verdi: “Başqa müğənni olsaydı…”

Şəbnəm Tovuzlu Roza Zərgərliyə cavab verdi: “Başqa müğənni olsaydı…”

“Rozayla mənim ünsiyyətim yaxşıdır. Bilirdim ki, o mahnını oxusam mənə “yox” deməyəcək.  Başqa bir müğənni olsaydı qabaqcadan deyərdim”.

Bu sözləri Yenisabah.az-a müğənni Şəbnəm Tovuzlu həmkarı Roza Zərgərlinin “Şourum” verilişində səsləndirdiyi fikirlərə cavab verərkən deyib.

Xatırladaq ki, Roza Zərgərli Şəbnəm Tovuzlunun “Qırmızı güllər” mahnısını ondan icazə almadan oxuduğunu bildirib tənqid etmişdi.

“İlk növbədə Əlikram bəylə janrlarımız eynidir. Mahnını Əlikram bəy oxuyubsa, onundursa, deməli, mənim də səsimə düşən mahnıdır. Roza xanımla öpüşüb görüşmüşük. İcazəsini də almışam. Bu, yalan məlumatdır”, – deyə Şəbnəm Tovuzlu qeyd edib.

“Mən də daxil çox sənət adamları kamera arxasında başqa cür, amma kamera önündə bir qədər fərqli oluruq. Belə olsa da, həyatda elə deyilik. Bəli ərk edib oxumuşam. Mahnı arenjemandan tam çıxmamış icazəsini aldım. “Tiktok” üçün çəkmişdik. Roza xanıma bunu göstəriblər. Rozayla mənim ünsiyyətim yaxşıdır. Bilirdim ki, o mahnını oxusam, mənə “yox” deməyəcək. Başqa bir müğənni olsaydı, qabaqcadan deyərdim. “Tiktok” çəkdik. Sonra icazəsini aldım. Rolik də çəkib, yutuba qoyduq. Burda nə var ki?!  Flora Kərimova mənim “Badə” mahnımı istədiyi formada oxuyub. Kamera önündə çox şeylər ola bilər. Hörmətsizlik etməmişəm”, – Şəbnəm Tovuzlu əlavə edib.

Həmçinin oxuyun

Emin Ağalarov: “Biz ailə olaraq qalmağı bacarmışıq!

“Azərbaycanda bizneslə məşğul olmaqdan böyük zövq alıram”. Bunu Azərbaycanla yanaşı Rusiyada da yetərincə məhşur olan …