Çərşənbə , İyun 19 2019
Ana səhifə / Şou Biznes / Şəbnəm Tovuzlu helikopter açıqlamasına—aydınlıq gətirdi

Şəbnəm Tovuzlu helikopter açıqlamasına—aydınlıq gətirdi

Müğənni Şəbnəm Tovuzlu “Yaşıl Teatr”da baş tutan konsertinə həyat yoldaşının helikopterlə nəzarət etməsiylə bağlı verdiyi açıqlamadan danışıb.
Sənətçi “Ölkə.Az”-ın əməkdaşıyla söhbətində belə bir açıqlama verdiyini təsdiqləsə də, bunu zarafatla söylədiyini deyib:

“Məndən soruşdular ki, konsertə kimlər gələcək. Mən də cavab verdim ki, ailə üzvlərim, qohumlarım. Sonra soruşdular ki, həyat yoldaşınız da gələcəkmi? Zarafatca cavab verdim, o da helikopeterlə yuxarıdan nəzarət edəcək. Bəli, həyat yoldaşım konsertdəydi, arxa sırada əyləşmişdi”.
Qeyd edək ki, Ş.Tovuzlunun konserti iki gün öncə keçirilib.

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …