Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / Şəbnəm Madonnadan örnək götürsün, Brilyant, Sevda isə…” – Anar onları əsəbləşdirəcək

Şəbnəm Madonnadan örnək götürsün, Brilyant, Sevda isə…” – Anar onları əsəbləşdirəcək

Azərbaycanın məşhur stilisti Anar Ağakişiyev “ATV maqazin onlarla” verilişinin “33 sual” rubrikasının qonağı olub. 

O şou-biznesin məşhur xanımları haqqında qalmaqal yaradacaq sözlər deyib. O Damlanı nömrə bir adlandırıb.

Xalq artisti Brilyant Dadaşova, Sevda Ələkbərzadə və Roza Zərgərlini zövqsüz adlandırıb. O bildirib ki, Roza Zərgərli onun üçün bağlı kitabdır və səmimi olduğu üçün Rozanı “oxumaq” istəmir. Ağakişiyev Xatirə İslamın xarici məşhurların geyimlərini təkrarlamasını isə təqdir edib. 

“Şəbnəmin repertuarını eşitmişəm. O səhnəyə Sibel Can kimi çıxır. Özünü içində Sibel Can kimi görə bilər, amma Madonnadan örnək götürsün”-, deyə Anar əlavə edib. Musavat.com


Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …