Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Rüşvət müfəttişliyi”nin səsi Şəkidən gəldi – Jurnalist Araz Məmmədov sürücülük imtahanından kəsildi

“Rüşvət müfəttişliyi”nin səsi Şəkidən gəldi – Jurnalist Araz Məmmədov sürücülük imtahanından kəsildi

Natiq Yaqubov devalvasiyadan sonra hansı şərtlərlə işləyir?

Keçən ilin oktyabr ayının 17-nə qədər jurnalistlərə DYP əməkdaşları tərəfindən az-çox hörmət göstərilirdi. Bir sözlə elə bil ki, onların nədənsə çəkinəcəkləri yer var idi. Ancaq təkrarçılıq olmasın, keçən ilin oktyabr ayının 17-dən sonra hər şey elə bil alt-üst oldu. Yəni, “DİN-in MTN üzərində qələbə çalması”ndan sonra bir çox şey dəyişdi. DİN-in Baş DYPİ-nin rəhbərliyi  özü üçün qudalar şəbəkəsi yaratmasından sonra isə birə-beş gücünün artmasından çoxdan xəbərdarıq, ancaq yenə də keçən ilin oktyabr ayının 17-dək onların  da MTN-dən ehtiyat etməsi şübhəsizdir.

O zamanlar bəzi DYP əməkdaşları və  “MERO” rəisləri özlərində bu qədər cəsarət tapmırdılar. Bunu yazıda xüsusi qeyd etməyimin səbəbi odur ki, dostumuz, həmkarımız Araz Məmmədov elə bu ayın 17 -də Şəki şəhər 8 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində sürücülük vəsiqəsi almaq üçün imtahan verməyə getmişdi. Ancaq Qeydiyyat-İmtahan Şöbəsinin işçiləri ona “anladıblar” ki, 1000 manat verməsən xeyri yoxdur. Hətta misal da çəkiblər ki, “səndən əvvəl iki nəfər polis əməkdaşları gəlmişdi, onlar da biri 700, digəri isə 800 manat verib, imtahandan öz adamlarını keçirtdilər”.Bezy-myanny-j-copy-14

Bu özbaşınalığı eşidən Araz Məmmədov Baş DYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevlə əlaqə saxlayıb, o isə öz növbəsində Araz Məmmədova bildirib ki, mən çalışaram Şəki Qeydiyyat-İmtahan Şöbəsinin rəisi Natiq Yaqubovla əlaqə saxlayım. Ancaq Natiq Yaqubova nə Kamran Əliyevin, nə  də Orxan Mansurzadənin sözü keçməyib.

Qeydiyyat-İmtahan Şöbəsinin işçiləri Araz Məmmədova bildiriblər ki, “dollar 0.78 və hətta 1.05 olanda hardasa nəsə güzəşt edə bilirdilər, ancaq indi 1.70 olduğu üçün DİN-in Baş DYPİ-nin rəhbəri Ramiz Zeynalov tapşırmasa heç kimə güzəşt edə bilmərik”. Elə buna görə də, Araz Məmmədov telefonda Natiq Yaqubovla bağlı dərdini danışanda fikirləşdim ki, bir yazı da mən yazım bəlkə Ramiz Zeynalov mətbuatdan və sosial şəbəkələrdən mənim bu yazımı oxudu. Öncədən təşəkkürümi bildirirəm…

Qafqaznews.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın