Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Rüstəmxanlının tədbirində – Qalmaqal

Rüstəmxanlının tədbirində – Qalmaqal

Bu gün Bakıda “Azəri-Türk” Qadınlar Birliyi tərəfindən keçirilən “Azərbaycan dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda konfransda qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu iclasa Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin dəvət olunmamasından şikayətlənib. Daha sonra Y.Qaraqoyunlu deyib ki, Əli Kərimli və İsa Qəmbər Azərbaycanda Milli Azadlıq Hərəkatının liderləri olublar.

Tədbirin təşkilatçısı olan “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Y.Qaraqoyunlunun bu çıxışına dərhal cavab verib. Bildirib ki, Əli Kərimli heç zaman Milli Azadlıq Hərəkatının liderlərindən biri olmayıb:

“Mən onu lider hesab etmirəm. Əli Kərimli, İsa Qəmbər və digər bu kimi şəxsləri tədbirə ona görə dəvət etməmişəm ki, bu mənim təşkil etdiyim tədbirdir. Onlar da gedib bu cür tədbirlər təşkil etsinlər, çıxıb mətbuata açıqlamalar versinlər. Ancaq Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının liderlərindən biri və Azərbaycan prezidenti olub. Bunu heç kəs dana bilməz. Sizin adını çəkdiyiniz Əli Kərimli ABŞ və digər xarici dövlətlərin dediyini icra edir. Avropa və digər xarici dövlətlərdən pullar alır. O adam qəhrəman deyil”.

T.Rüstəmxanlı bildirib ki, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan:

“Əmin olun ki, sabah Azərbaycanın taleyi həll olunsa, həmin şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək. Ötən əsrin 90-cı illərində Azərbaycanda xaos və silahlı üsyanlar baş qaldıranda, ölkə parçalanmaq astanasında olanda, bunun qarşısını Heydər Əliyev aldı. İndi Heydər Əliyevin haqqını necə tapdalamaq olar? Bu gün Azərbaycanda sabitlik, əmin-amanlıq və inkişaf var. Buna görə hamımız Heydər Əliyevə minnətdarıq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın