Ana səhifə / Şou Biznes / “Rüstəm Usubov prokurorluğun qərarını 2 dəfə ləğv etsə də…”

“Rüstəm Usubov prokurorluğun qərarını 2 dəfə ləğv etsə də…”

Bakı şəhər sakini Qəzənfər Fətullayev obyektinin qanunsuz söküldüyü üçün “Qafqazinfo”ya müraciət edib.

Şikayətçi bildirib ki, 1998-ci ildə Nizami rayonu, Ə.Nəvai küçəsi 1 ünvanında yerləşən Qazan-mexaniki zavodunun idarə binasında ümumi sahəsi 30,5 kv.m olan iki otağı qanuni olaraq özəlləşdirib. Daha sonra fəaliyyətini dayandırsa da, obyekt sənədləri ilə ona məxsus olub. 3 il əvvəl “Auto Azerbaijan” şirkəti ona 15 min manat təklif edərək ərazidə tikinti işləri aparılacağını bildirib:

“Mən bu məbləğlə razılaşmadım. Çünki hazırda Babək prospektində yolun kənarında yerləşən ofis yerlərinin qiyməti bundan qat-qat bahadır. Daha sonra hədə-qorxu ilə məndən obyekti tərk etməyimi tələb etdilər. Mənim razılığım olmadan obyekt dağıdıldı və hazırda tikinti işi aparılır. Mən əlimdə rəsmi sənədlərlə qalmışam, heç bir şey edə bilmirəm. Artıq 3-cü ildir ki, bütün respublika hüquq mühafizə orqanlarına və Bakı şəhəri Nizami rayon hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etməyimə baxmayaraq günahkar şəxslər cəzalandırılmayıb. Mənim əmlakım nəinki mənə qaytarılıb, hətta günahkarlar barəsində cinayət işi belə açılmayıb. Hər dəfə Bakı şəhəri Nizami rayon prokurorluğu cinayət işi açmaqdan imtina edir”.

Şikayətçi sonuncu dəfə ötən il noyabrın 5-də Baş prokurorun birinci müavini Rüstəm Usubova müraciət etdiyini bildirib:

“Rüstəm Usubov Bakı şəhər Nizami rayon prokurorluğunun qərarını 2-ci dəfə ləğv edərək təkrar araşdırma aparılması üçün yenidən Bakı şəhəri Nizami rayon Polis idarəsinə qaytarıb. Lakin həmin qərarın Polis idarəsinə 16 noyabr 2015-ci il tarixdə daxil olmasına baxmayaraq vəkilim bildirib ki, o vaxtdan keçən 2 ay müddətində heç bir istintaq araşdırması aparılmayır. Media vasitəsilə aidiyyatı qurumlara müraciət edərək problemin həll olunmasını xahiş edirəm”.

Məsələ ilə əlaqədar olaraq “Auto Azerbaijan” şirkəti ilə əlaqə saxladıq. Şirkət nümayəndələri məsələnin aydınlaşdırılaraq qısa zaman ərzində açıqlama verəcəklərini bildirib.

***

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə əlaqədar olaraq “Auto Azerbaijan” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin nümayənsdəsi Ayla Allahverdiyeva bildirib ki, sözügedən ərazi sahibindən alınıb və hər hansı qanunsuzluğa yol verilməyib: “Şikayət əsassızdır, çünki bizim bütün sənədlərimiz yerindədir və qanunauyğun şəkildə iş görmüşük. Şikayət edən şəxsin isə ərazinin ona məxsus olmasına dair heç bir sənədi, sübutu yox idi. Bəlkə də həmin şəxs sadəcə icarəyə götürüb. Yazıda bizim tərəfimizdən ona 15 min manat təklif olunduğu qeyd olunur, tamamilə yanlışdır. Obyektin sahibindən başqa heç kimlə pul məsələsi müzakirə olunmayıb.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın