Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Rusların tanıdığı 6 məşhur ulduzumuz… – Fotolar

Rusların tanıdığı 6 məşhur ulduzumuz… – Fotolar

Rusiyanın life.ru saytı instaqramda məşhur olan azərbaycanlı xanımların siyahısını hazırlayıb. Xəbər portalı yazır ki, Azərbaycanda istedadlı xanımlar çoxdur və onlardan kimisi müğənnilik peşəsiylə məşğul olur, kimisi isə “Eurovision” mahnı müsabiqəsini fəth edir. 

“Qafqazinfo”  Rusiya mətbuatında dərc edilən ən məşhur altı xanımı təqdim edir:

Life.ru instaqramda ən məşhur cütlüyün Sevil və Sevinc Səfərova olduğunu bildirir. Onların 1 milyon 200 min izləyicisi var.

İkinci sırada isə 1 milyon 100 min izləyicisi olan əməkdar artist Röya Ayxandır.  Portal qeyd edir ki, Röya “Göndər”, “Gəmicilər” adlı klipləri ilə “Youtube”də böyük göstərici əldə edib.

Siyahıda üçüncü yeri gənc müğənni Günay İbrahimli tutub. 26 yaşlı müğənninin instaqramda 946 min izləyicisinin olduğu yazılıb. Onun ifa etdiyi “Sən məndən gedən gündən” mahnısı isə xüsusi vurğulanıb.

Ən çox izləyicisi olan növbəti məşhur isə Damladır.  Sayt yazır ki, 30 yaşlı müğənnini 818 min “follow”su var və qısa zamanda populyarlaşıb. Hətta sayt Damlanı türkiyəli aktrisa Nurgül Yeşilçayla səhv salıb. Onlar azərbaycanlı ifaçını “Muhteşem Yüzyıl: Kösem” serialında Mahpeyker rolunu canlandırdığını bildirib.

5-ci yeri isə 32 yaşlı ifaçı Sevda Yahyayeva yer alıb.  Vurğlanıb ki, “Tut əlimdən” mahnısı ilə daha çox tanınan sənətçini 779 min insan izləyir.

6-cı sırada isə 37 yaşlı müğənni Nigar Camal qərarlaşıb. Qeyd olunur ki, sənətçi 2011-ci ildə  “Running Scared” mahnısı ilə Azərbaycana birincilik gətirib və onu instaqramda 253  min insan izləyir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …