Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Rusiyanın opera ulduzu Bakıda çıxış edib

Rusiyanın opera ulduzu Bakıda çıxış edib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərində Fiqaro partiyasını Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın “Novaya opera” Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikov ifa edib. 

Rusiyalı vokalçı ilə yanaşı, operada teatrın solistləri – Xalq artistləri Fidan Hacıyeva (Rozina), Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), Əməkdar artistlər Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin solistlər Nina Makarova (Berta) və Firus Məmmədov (zabit) çıxış ediblər. Səhnə əsəri Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunub. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …