Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Rusiyanı “Avroviziya-2022” müsabiqəsində azərbaycanlı qız təmsil edə bilər – VİDEO

Rusiyanı “Avroviziya-2022” müsabiqəsində azərbaycanlı qız təmsil edə bilər – VİDEO

Rusiyanı “Avroviziya-2022” müsabiqəsində 18 yaşı azərbaycanlı Diana Ankundinova təmsil edə bilər.

Bu barədə Rusiya mətbuatı yazıb. Qeyd olunub ki, gənc ifaçının 2022-ci ildə İtaliyada keçiriləcək müsabiqədə iştirak etmək şansı böyükdür. İddialara görə Diananın birincilik qazandığı “Şoumaskqouon” layihəsinin prodüserləri də məhz onunla maraqlanır.
Çünki Diana çox güclü səsə və qeyri-adi aşağı tembrə malikdir ki, bu da onun Avropa tamaşaçıları tərəfindən yadda qalmasına kömək edə bilər. Məlum olub ki, NTV kanalının əsas əyləncə layihələrinin yaradıcısı və istedadlı müğənnini uzun müddət dəstəkləyən Timur Vaynşteyn də Ankudinovanın namizədliyi ilə xüsusilə maraqlanır.

Bununla belə, məlum olub ki, xeyli sayda ifaçı İtaliyada keçiriləcək müsabiqəyə getmək üçün müraciətlər edirlər. Avropa müsabiqəsini fəth etmək istəyənlər arasında Aleksandr Panayotov (prodüser Qriqori Leps) və “Black Star” şirkətinin yetirməsi olan Klava Kokinin adları çəkilir. 16 yaşlı müğənni Vanya Dmitrienko, tiktoker Danya Miloxin və reper Yeqor Krid də bu siyahlya daxildir.

Gələn il keçiriləcək müsabiqə üçün ifaçıların necə seçiləcəyi hələ məlum deyil. Bu qərarı bu il “Avroviziya”nın yayım hüququnu almış “Rusiya” telekanalının rəhbərliyi verməlidir. Ümumilikdə iki variant var – təşkilat komitəsinin qapalı səsverməsi və canlı seçim.
Ötən il “Birinci Kanal” daxili seçim etmişdi. Nəticədə kanal xeyli tənqidlərə məruz qalmış, ifaçı Manija qınaq obyektinə çevrilmişdi. Maniya “Avroviziya” müsabuqəsində 9-cu yerə çıxmışdı.

Bəs 2022-ci ildə Rusiyanı “Avroviziya” yarışmasında təmsil edəcək əsas namizədlərdən biri olan Diana Ankundinova kimdir?

Hazırda Moskvada yaşayan Diana Ankudinova istedadlı gənc müğənni, Rusiyanın və çoxsaylı beynəlxalq vokal müsabiqələrinin qalibidir. Diana ilk dəfə beynəlxalq “Çin Gənc Sənətçilər Müsabiqəsi”ndən tanınıb.

Daha sonra isə Rusiyanın 1-ci kanalında keçirilən “Uşaqların Səsi-4” televiziya layihəsinin iştirakçısı olub. 2017-ci ildə Diana estrada janrında oxumaq üzrə gənclər arasında qızıl medala, MDB ölkələri arasında isə xüsusi diplom layiq görülüb.

2018-ci ildə isə Rusiyanın NTV kanalında yayımlanan “Sən Supersən!” televiziya vokal layihəsində qalib olub.

Qeyri-adi səsə malik Diananın ifa etdiyi mahnıların internetdə ümumi baxış sayı 350 milyondan çoxdur! Xarici bloggerlər onun barəsində tez-tez paylaşımlar edirlər. Hindistan və Şri Lankada belə Diananın fanatları var.

Çox maraqlıdır ki, “ilahi səs” adlandırılan Diana Ankudinovanın atası azərbaycanlı – Ceyhun Ankudinovdur. Diananın tərcümeyi-halında bildirilir ki, o, 2003-cü il 31 mayda Prinoraki Territyasında anadan olub. Onun atası Ceyhun Ankudinov həbsxanaya düşüb. Anası Olqa Ankudinova isə içki düşkünü olub. Diana 3 yaşında olarkən anası onu avtobus dayanacağında qoyub gedib. Diananın dediyinə görə anası çox içir, onu döyür, günlərlər yemək vermirdi.

Anası onu küçəyə atanda doğma xalası bu haqda prokurorluğa məktub yazır. Bu zaman qəyyumluq idarəsi kiçik qızı ailəsindən alaraq, onu Ussuriskdəki körpələr evinə verir. Bir qədər sonra Diana aldığı travmalara görə reabilitasiya olunmaq üçün üçün sanatoriyaya göndərilir. Burada masajçı işləyən İrina Ponikin xüsusi diqqətini çəkir. 5 yaşında Ponik Irina Anatolyevna onu övladlığa götürür və oğlu Dmitri və qızı Anastasiya birgə onu böyüdür. Diana adını da İrina ona qoyur.

Beləliklə İrinanın ailəsində böyüməyə başlayan Diananın hələ kiçik yaşlarından musiqi istedadı üzə çıxmağa başlayır. 5 yaşında ikən vokal qrupuna getməyə başlayır və elə kiçik yaşlarından musiqi müsabiqələrində iştirak edərək, uğurlar qazanır, hər kəsi özünə heyran qoyur.

Diana müsahibələrinin birində “İstəyirəm ki, bütün uşaqların valideyni olsun”, deyib.

Musavat.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …