Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Rusiyada 24 azərbaycanlı saxlanıldı

Rusiyada 24 azərbaycanlı saxlanıldı

İnquşetiyada qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 Azərbaycan vətəndaşı saxlanılıb.

Belə ki, İnquşetiya Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, azərbaycanlılar Nazranda aparılan yoxlamalar nəticəsində tutulub.

Həmyerlilərimizə qarşı administrativ protokollar hazırlanıb. Protokollara əsasən azərbaycanlılar 5000 min rubla qədər cərimə ödəyəcək və Rusiyadan deportasiya ediləcəklər.

Qanunsuz olaraq əcnəbi vətəndaşları əmək fəaliyyətinə cəlb edən tikinti firması isə inzibati məsuliyyətə cəlb olunub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın