Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Rusiya estradasının ulduzundan jest: Azərbaycan dilini öyrənir

Rusiya estradasının ulduzundan jest: Azərbaycan dilini öyrənir

Rusiya estradasının ulduzu Lolita dekabrın 19-da Bakıdakı “Elektra events hall”-da çoxdandır gözlənən solo konsertini verəcək.

Təşkilatçıların Sputnik Azərbaycan-a verdikləri məlumata görə, müğənni bakılılara köhnə və yeni kompozisiyalarını daxil etdiyi qeyri-adi konsert proqramı təqdim edəcək.

Konsert ərəfəsində Lolita Azərbaycan dilində danışmaqla bakılılara kiçik sürpriz etmək niyyətindədir.

“Salam Bakı, salam xanımlar və cənablar. Bağışlayın, hələlik mənə Azərbaycan dilində danışmaq çox çətindir. Amma söz verirəm ki, 19 dekabra qədər öyrənəcəyəm. Mən səmimi bir görüşə ümid edirəm. Çünki Bakı unikal, çox parlaq, səmimi, memarlıq baxımından qeyri-adi və mehriban şəhərdir. Tamamilə isti qarşılanacağımı gözləyirəm. Mən sizi sevirəm. Aman Allahım, səhv etmədən danışdım. Hamını gözləyirəm” – deyə müğənni öz videomüraciətində bildirib.

Lolita Rusiya estradasının ulduzu, aktrisa, teleaparıcı və rejissordur. Birinci kanalda efirə gedən “Lolita. Bez kompleksov” (Lolita. Komplekslərsiz) verilişinə görə “Tok-şou aparıcısı” nominasiyasında milli televiziya mükafatı olan “TEFİ-2007″nin laureatı olub.

Sonuncu dəfə müğənni Bakıda öz həmkarları ilə birlikdə “Jara-2017” beynəlxalq musiqi festivalında çıxış edib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …