Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Rus bölməsi abituriyentləri bu gün “Azərbaycan dili”ndən imtahan verirlər

Rus bölməsi abituriyentləri bu gün “Azərbaycan dili”ndən imtahan verirlər

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən, həmçinin 4-24 may tarixlərində elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentləri iştirak edirlər.

İmtahanda 1809 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 136 nəzarətçi müəllim ayrılıb.

İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunur.

İmtahanda abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın