Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / Rüfət Səfərov Eldar Sabiroğluna səsləndi: “Qocaldın…”

Rüfət Səfərov Eldar Sabiroğluna səsləndi: “Qocaldın…”

Hakim Yeni Azərbaycan Partiyasının(YAP) üzvü, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov atasına məktub yazıb. 
Musavat.com-un məlumatına görə, R.Səfərov sosial media vasitəsi ilə paylaşdığı məktubunda bildirib: “Eldar Sabiroğlu, qocaldın. Gözlərimin önündə saçların ağardı. Sənin “kişilik məktəb”ində ciddi dərs aldım. Bir bilsən ki, sənin kimi atam olduğuna görə necə xoşbəxtəm. Bir duysan da… Əzizim ata,  səni  59 yaşın olması münasibəti ilə təbrik edir, can sağlığı, həyat yoldaşın Tahirə xanımla birgə gözəl günlər arzu edirəm. Sabiroğlu, yəqin edirəm ki, həyatda ən şirin şey canın olduğuna inanarsan… And olsun yeri və göyü yaradana ki, Səni canımdan çox sevirəm!”
Xatırladaq ki, Rüfət Səfərov prokurorluq orqanlarından istefa verərək, ölkə hakimiyyətinin ünvanına sərt bəyanatla çıxış etmişdi.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın