Ana səhifə / Şou Biznes / Rozanın imtina etdiyi maşının aqibəti… – Murad açıqladı

Rozanın imtina etdiyi maşının aqibəti… – Murad açıqladı

Xalq artisti Murad Dadaşov sonuncu “Maşın” şoudakı avtomobilin aqibətindən danışıb.

Axşam.az-ın məlumatına görə, şoumen maşının hələ heç kimə verilmədiyini söyləyib:

“Maşın hələ də qalıb, saxlamışıq. İnsanların verdiyi səs boşa getməyib. Roza maşından imtina etdi, biz nə edə bilərik? Rozanı da başa düşürəm. Onun üzərində o qədər göz, nəzər, söz-söhbət var ki…

İlk dəfə deyirəm ki, avtomobili tamaşaçıya verəcəyik. Bir formada yarış keçirəcəyik, verəcəyik tamaşaçıya”.

M.Dadaşov “Maşın”ın növbəti buraxılışına hazırlaşdıqlarını söyləyib.

Qeyd edək ki, müğənni Roza Zərgərli avtomobili qazansa da, ondan imtina etmişdi. Roza maşının xeyriyyə məqsədilə istifadə edilməsini istəmişdi.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …