Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Roza Zərgərlinin övladlığa götürdüyü oğluna ev verildi – FOTO

Roza Zərgərlinin övladlığa götürdüyü oğluna ev verildi – FOTO

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarov mənzillə təmin edilib. 

Bizim.media xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında məlumat verib.

C.Qafarov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayaraq bu sözləri yazıb.

“Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm”.

Məsələ ilə bağlı  gənc aktyorla əlaqə saxlanılıb.

“2 saylı uşaq evinin yetirməsi olduğuma görə Sosial Xidmətlər Agentliyinə evimin olmamasına görə müraciət etdim. Mənə Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilib” – deyə Corc Qafarov bildirib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …