Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Roza Zərgərli ona qarğış etdi: “Sənin yiyən ölsün!“

Roza Zərgərli ona qarğış etdi: “Sənin yiyən ölsün!“

Uşaq bağçasında tərbiyəçinin azyaşlı uşağa qarşı fiziki zorakılığını əks etdirən görüntülər gündəmi zəbt edib. Müğənni Roza Zərgərli də sərt sözlər səsləndirib.

O, sosial şəbəkə hesabında tərbiyəçini hədələyib:

“Uşaq bağçasındakı dayənin şiddətini gördüm, küçədən gələn insanlar müəllim adını necə də alçaldır. Südəmər körpəyə o nə qapazdır qoyulur?! O qadını tanısa idim, yerini-yurdunu bilsə idim, gedib ona elə qapazlar endirərdim ki… Zaur Baxşəliyev dedi ki, söyüş söymək istəyərdim, amma tərbiyəmə sığınıram”, Zaur, mən sənin yerinə bunu edəcəyəm. Həmin tərbiyəçiyə demək istəyirəm ki, görüm sənin nəslində, kökündə bir də körpə səsi gəlməsin, görüm səni ömür boyu işıq üzünə həsrət qalasan, ay qız! Hər kimsənsə, sənin yiyən ölsün!”

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …