Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Roza: “Prodüserlərdən birinin saçını yolmuşam“ – Video

Roza: “Prodüserlərdən birinin saçını yolmuşam“ – Video

Müğənni Roza Zərgərli davakar insan olduğunu açıqlayaraq prodüserlər davasından danışıb.

O, hadisəni ARB telekanalında yayımlanan  “Xəbər-ətər” verilişində nəql edib:

“Hamı adımı “qalmaqallı insan” qoyub. Hər zaman mənə atılan sözə pis cavab vermişəm. Efirdə dalaşa bilmirəm. Real həyatda, kadr arxasında isə daha yaxşı dalaşıram.

Prodüserlərdən birinin saçını yolmuşam. Söz yarası çox pisdir, uda bilməyəndə əllə zərbə endirirəm. Həmin prodüserin telefonu, paltarı və ağız-burnu getdi. Həyasız insanam. Bu məsələ yayılsaydı, həmin insanın özünə ziyan olacaqdı. Bu haqda heç kimə demədim”.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …