Cümə , Oktyabr 23 2020
Ana səhifə / Şou Biznes / Roza “Maşın”nın ŞOK GİZLİNLƏRİNİ AÇDI : “Telefonu Hüseynin elə yerindən çıxardılar ki…”

Roza “Maşın”nın ŞOK GİZLİNLƏRİNİ AÇDI : “Telefonu Hüseynin elə yerindən çıxardılar ki…”

Bu gün Lent.az-ın canlı yayımında qonaq olan müğənni Roza Zərgərli maraqlı açıqlamaları ilə yadda qalıb.
UlduzumSan.Az xəbər verir ki, sualları cavablandıran müğənninin, aparıcı Aytən Səfərova haqqında dedikləri ilə hər kəsi təəccübləndirib. O, Səfərovanı hər kəsi aldatmaqda ittiham edib:
“Mətanət Əliverdiyeva şouda şpaqat açanda, bunu bütün sosial mediada yaydılar. Heç kim bilmir, amma Mətanətdən sonra Aytən də şpaqat açmışdı. Lakin bu kadrlar heç yerdə göstərilmədi. Mən başa düşmürəm, hamilə qadın necə şpaqat açar?”.
Daha sonra Roza Zərgərli şouda telefon işlətməmələri barədə də maraqlı açıqlama verib.
“Bizə telefon işlətməyə icazə vermirdilər. Hüseynin elə bir yerindən telefon çıxdı ki, biz gülməkdən öldük”.
Qeyd edək ki, Aytən Səfərova həmkarı Mətanət Əlivrdiyevanı efirdə şpaqat açdığı üçün tənqid etmişdi. Səfərovanın həmarının ünvanına söylədiyi fikirləri sizə bir daha xatırladırıq:
“Ünvanıma işlədilən “o kimdir ki?” ifadəsini başa düşmədim. Qarşındakı Aytən Səfərovadır. Məni hər kəs tanıyır. Səndən fərqli olaraq mən efirdə “şpaqat” açmaram, bu, mənim xarakterimə uyğun deyil. Unutma, sənə görə bir zamanlar işimdən olmuşam”.
Mətanət emosiyalarını cilovlamadan Aytənə 45 yaşımda “şpaqat” açıram əcəb edirəm. Özüm bilərəm, mən pozitiv, zarafatcıl xanımam, kimə xoşdur baxsın, kimə xoş deyil, izləməsin” deyib.
Sözügedən açıqlamalar videonun 36-cı dəqiqəsindən sonra yer alıb.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …