Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / Roza ilə Günel arasında qalmaqal: “Özünə sığorta axtarırsan…”

Roza ilə Günel arasında qalmaqal: “Özünə sığorta axtarırsan…”

“Maşın” şounun ikinci səsvermə günü keçirilir.
Müğənni Roza Zərgərli, aparıcı Aytən Səfərova, vayner Hüseyn Əzizoğlu hərəsi 3 səs toplayaraq səsverməyə çıxıb. Gün ərzində Hüseyn 53 faiz səs topladığı üçün mübarizəyə çıxmayıb.
Sonra Aytən ilə Roza arasında 1 dəqiqə ərzində tamaşaçılar arasında səsvermə olub. Səsvermənin qalibi Səfərova olduğu üçün Roza ikinci dəfə səs verməyə çıxıb. Roza qalib gəlmək üçün xalqa səslənib:
“ Mənim xalqım, mənə dəstək olun. Bir qadını tək qoymayın. Mən oyunun qara damasıyam. Bu gün bəzilərinin əsl siması açılacaq. Xahiş edirəm, məni tək qoymayın”.
Roza Fira Cəlilovanı oyundan uzaqlaşdırmayacağını deyib. Daha sonra G. Hümbətovanın Rozaya “hədəfini açıqla” deməsi ifaçını özündən çıxarıb. O hədəfinin Günel olduğunu deyib:
“Günel məndən sığorta istədiyi üçün indi gəl, mübarizə aparaq. O vaxt apara bilmədik, indi aparaq. Hədəfim Günel deyildi. O, iki gündür otaqları gəzir, özünə sığorta axtarır. Günel Hümbətova bu gün gedəcək”.
Günel isə “ Roza 5 il öncəki yarışmada qalıb, onun ardını aparır. Dünən də hədəf mən idim” deyib. . Bu zaman Roza Günelə üzünü tutaraq, “Sən ikiüzlü adamsan və bu gün buradan gedəcəksən”-, deyərək onu təhqir edib.(Musavat.com)

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …