Ana səhifə / Şou Biznes / Röyanın 2 klipini “sevgilisi” çəkəcək

Röyanın 2 klipini “sevgilisi” çəkəcək

DİA.AZ: – Əməkdar artist Röya Ayxan tezliklə yeni kliplər çəkdirəcək.

DİA.AZ xəbər verir ki, hazırda Bakıda olan Azərbaycanın əməkdar artisti, tanınmış estrada ulduzu Röya Ayxan 18 oktyabrda Gürcüstanın Marneuli rayonunda açıq havada konsert proqramı ilə çıxışından sonra İstanbuldan gələcək fəxri qonaqlarını vətənimizdə qəbul edəcək. Qardaş ölkənin şou dünyasına qatılmağı ciddi şəkildə qarşısına məqsəd qoyan, İstanbuldakı “Poll Production” musiqi şirkəti ilə müqaviləsinin vaxtını uzadan əmək artisti yaxın günlər ərzində görəcəyi işlər barəsində …..Az oxucularımızı məlumatlandırırıq:

Gürcüstan konsertindən sonra tezliklə ifaçı hava limanına yollanıb qonaqlarını qəbul edəcək. Türkiyədən gələcək peşəkar komandada “Yolun açık olsun” mahnına çəkilmiş klipin rejissoru Nihat Odabaşı, kameraman Orcun Mutlu və Röyanın Türkiyədəki meneceri Yeşim Demirdir. Komandaya onlarla çalışan başqa işçilər də daxildir.

Gəlişlərinin məqsədi isə 2 yeni mahnısına çəkdirəcəyi kliplərdir. İstanbuldan gələn komanda sırf kliplər çəkilişləri üçün məkanları seçmək üçün Azərbaycana təşrif buyururlar. Çəkilişlər yaxın günlərdə başlayacaq, necə gün ərzində davam edəcək.

Yeniləşən imicli Röyanın şou gündəmini silkələyəcək bomba kimi xəbərləri davamlıdır, gözləməyə dəyər.

Qeyd edək ki, Nihat Odabaşı Röya Ayxanın “Yolun açık olsun” klipinin müəllifidir. O, eyni zamanda ekran işində Röyanın sevgilisi obrazını canlandırıb.

Röyanın 2 klipini "sevgilisi" çəkəcək
Röyanın 2 klipini "sevgilisi" çəkəcək

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …