Azinforum.az Axşam.az-a istinadən xəbər verir ki, Röya İnstaqram hesabında məsələ ilə bağlı xəbərləri paylaşaraq yazıb:

“Etim töküldü…Bəsdir də, xoda düşər xatirələr”.

Qeyd edək ki, xalq artisti bu gün İnstaqram səhifəsində müzakirələrə səbəb olacaq paylaşım edib. Müəllimi, bəstəkar Vaqif Gərayzadəni ad günü münasibətilə təbrik edən müğənni maraqlı video yayımlayıb.

2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən “Gələrsiz-görərsiz” konsertindən olan videoda Kazımovanın küsülü olduğu bir çox məşhurlar – əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Samir Bağırov, Natavan Həbibi, Elnarə Xəlilova və aparıcı Kamran Həsənli də yer alır.

A.Kazımova küsülü olduğu ifaçıların və aparıcını paylaşımında işarələyib. Onun təbrikinə N.Həbibi və E.Xəlilova şərh yazıb.

Görüntüləri sizə təqdim edirik.