Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Röya Xalq artisti kimi ilk klipini təqdim etdi – VİDEO

Röya Xalq artisti kimi ilk klipini təqdim etdi – VİDEO

Xalq artisti Röya Ayxan yeni layihəsini təqdim edib. 

Oxu.Az xəbər verir ki, Röya 2014-cü ildə Əməkdar artist Ədalət Şükürovun ifa etdiyi “Dedin yox” mahnısını həm oxuyub, həm də bəstəyə ekran həyatı verib.

Sözləri və musiqisi Ədalət Şükürova məxsus mahnıya kiçik dəyişiklik edilərək bir misra əlavə olunub.

Tural Manaflının şeirinə aid olan misra Xalq artisti tərəfindən mahnıda səsləndirilib.

Sözügedən bəstənin rejissorluq işi Fərhad Əliyə həvalə olunub. Klipin çəkilişləri Bakıda baş tutub.

Xalq artisti Röya Ayxan yeni klipini rəsmi “YouTube” hesabında yayımlanıb. Mahnını yüksək keyfiyyətdə dinləmək üçün “Apple Music”, “Spotify”, “Deezer”, “Muud” kimi platformalara müraciət etmək kifayətdir.

Qeyd edək ki, bu klip Röya Ayxanın Xalq artisti fəxri adı almasından sonra təqdim etdiyi ilk ekran işidir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …