Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Şou Biznes / Röya və Zamiq 7 il sonra bir arada

Röya və Zamiq 7 il sonra bir arada

Xalq artisti Röya Ayxan və müğənni Zamiq Hüseynov yeddi il sonra yenidən bir araya gəlib.

Belə ki, iki məşhur sima bu dəfə mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edib.

Onlar sözləri Nuridə Atəşi, musiqisi Faiq Sücəddinova aid “Neylərsən?” əsərini ifa ediblər. Mahnının yeni aranjımanını Samir Şirinov edib.

R.Ayxan və Z. Hüseynov təkcə mahnı ilə kifayətlənməyərək sözügedən bəstəyə klip də çəkdirib.

Klip rejissor Dele Orucluya həvalə olunub. Qeyd edək ki, cütlük bundan əvvəl “Sevdim” adlı mahnını duet şəklində ifa etmişdilər.

Həmçinin oxuyun

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Yeni növ koronavirusa (COVİD-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində müsbət dəyişiklik yoxdur. Bu barədə APA-ya …