Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Röya şəhidin sevgilisinə yazdığı sözlərə mahnı oxudu – VİDEO

Röya şəhidin sevgilisinə yazdığı sözlərə mahnı oxudu – VİDEO

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.

Bu barədə o, İnstaqramda paylaşım edib.“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”, – deyə Röya qeyd edib. Mahnı “Yada düşürsən” adlanır. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə həsr olunan sözləri qiraət edib. Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.  

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2Fdemirtalk%2Fvideos%2F992505864857698%2F&show_text=false&width=267&t=0

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …