Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Şou Biznes / Röya Ermənistanla sərhəddə yaşayan qazaxlı nənənin evində – Video

Röya Ermənistanla sərhəddə yaşayan qazaxlı nənənin evində – Video

Xalq artisti Röya Ayxan Qazax rayonun Quşçu Ayrım kəndində videosu lentə alınan Əsmər Cəfərova ilə görüşündən danışıb. 

Sənətçi 75 yaşlı  şəhid anası üçün yardım istəyib: “Mərdcəsinə kömək istəyən insanlardan xoşum gəlir. Videonu izləyərkən qadının danışıqlarını sevdim, qərara aldım ki, onunla görüşüm. Təəssüratlarım böyük və gözəldir.  Qazaxa getdik, Əsmər xanıma dedim ki, iki oğul böyütmüsən, biri əsgərdir, digəri şəhid. Bizə düşən odur ki, xanımın o şəraitdə yaşamasına icazə verməyək. İnanırsız, evin döşəməsi yoxdur, palçığın içində yaşayır. Gücüm çatan hər şeyi öhdəliyimə götürdüm. 

Hər kəsdən rica edərdim, xüsusilə icra başçılarından. Rəhbər olduqları rayonlara diqqət yetirsinlər. Elə ailələr var ki, işləyir, dolanışlarını təmin edə bilir. Amma istərdim ki, bu cür yaşlı insanların yaşayışına diqqət yetirsinlər. Burada çətin bir şey yoxdur. Mənim 1-2 toyumun puludursa, onlar üçün heç nədir. Bunu tək mən etdim, amma başqaları da var. Bayram günü hamını sevindirin”.

Qeyd edək ki, Qazax rayonun Quşçu Ayrım kəndində yaşayan və evinin təmirə ehtiyacı olduğunu deyən 75 yaşlı Əsmər Cəfərovanın görüntülərini bloqer Tural Yusifli paylaşmışdı.

Daha sonra Röyanın sözügedən qadının evinin təmir xərclərini üzərinə  götürdüyü barədə məlunat yayılmışdı. Musavat.com

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …