Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Şou Biznes / Röya barədə keçmiş dostu görün nələr dedi: “Ağzının danışığını bilmir”

Röya barədə keçmiş dostu görün nələr dedi: “Ağzının danışığını bilmir”

Xalq artisti Röya Ayxanla müğənni Niyam Salami küsülü imiş.Lent.az -ın məlumatına görə, bu barədə N.Salami “Səhər-səhər” verilişində deyib. O, bildirib ki, bir zamanlar dost olan həmkarı ilə hazırda danışmır:
“Röya ilə məni küsülü edən etdi. Ondan nəyə görə inciyəm? Röya ilə dalaşan elə insanlar var ki, ağzının danışığını bilmir. Onunla barışır, amma mənim günahım olmaya-olmaya məndən küsdü. Mən onun evinin içiyəm. O bilir ki, mən elə insan deyiləm. Qardaşı ilə yaxınam. Amma özü ilə indi münasibətimiz yoxdur”.
Qeyd edək ki, Röya ilə Niyam uzun illər dost olublar. Niyam konsertlərin birində Röyaya barışıq jesti edərək gül vermişdi. Lakin bu jest barışıq üçün yetməmişdi.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …