Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Röya Ayxan ona paxıllıq edənlərdən danışdı

Röya Ayxan ona paxıllıq edənlərdən danışdı

Xalq artisti Röya Ayxan növbəti konsertinə hazırlaşır.

Bu barədə o, “MTV Xəbər”ə açıqlaması zamanı bildirib:
“Növbəti ajiotajlı konsertə hazırlaşın, qızlar. Bu dəfə öz yerimə sizi asacam oradan. Mən qərar vermirəm. Ümumiyyətlə, bu xasiyyətdə adamam. Heç nəyə qarışmıram. Mən gəlib deyirəm ki, bunu istəyirəm. Deyirlər, bu belə olacaq, sənə göstərək? Deyirəm yox! Çəkin, sonra göstərin. Əgər xoşuma gəlməsə, mən onu zibil qutusuna ataram. Kaprizli deyiləm. Sadəcə nə istədiyimi bilirəm. Biri bir şey danışanda üzünə baxıb deyirəm ki, bu boş danışır. Bu bunu edə bilməyəcək! Bunu hiss edib keçirəm. Pafosu, yaşından böyük hərəkətləri sevmirəm. İşindən böyük iş görənləri də sevmirəm”.

Xalq artisti kiminsə onun işinə qarışmasını sevmədiyini söyləyir:

“İnsan olduğu kimi qalmalıdır, mən onun tərəfdarıyam. Bu gün də deyirəm. Kimisə barışdırmaq istəmirəm. Kimsə də məni kimləsə barışdırmasın. Ona da ixtiyar vermirəm. Çünki mən onunla barışaram özüm bilərəm. Mən küsəndə də özüm bilmişəm. Sizə nə?! Vəssalam!”

Röya Ayxan ona paxıllıq edənlərdən də söhbət açıb:

“Mənim üçün qırmızı xətt, paxıllıq və xainlikdir, vəssalam. Qalan bütün səhvləri keçərəm. Paxıllığı keçmərəm. Əlbəttə kimisə bağışlayaram. Allah da mənim bütün səhvlərimi bağışlayıb. Mən kiməm ki, səni bağışlamayım?”.
“Dedilər konserti borca verib, demişdim ki mənim xalqa borcum var. 3 dəfə vaxtı dəyişdirmişəm. Adamlar bilet alıb. Bütün Azərbaycan bilir, mən borclu qalmağı sevmirəm. Və çox da gözəl xərcləyən adamam. Hesab verəndi Röya? Gözəl…. Hesab verəndi, hesab alandı da Röya”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …