Ana səhifə / Şou Biznes / Röya Ayxan oğlunun təhsil aldığı məktəb direktoruna səsləndi: “Hüseyn evə ağlayaraq…”

Röya Ayxan oğlunun təhsil aldığı məktəb direktoruna səsləndi: “Hüseyn evə ağlayaraq…”

Uşağa sənin anan müğənnidir, sənin atan aparıcıdır və s. kimi sözlər demək olmaz

Əməkdar artist Röya Ayxan maraqlı açıqlaması ilə diqqət çəkib.
“Zaurla Günaydın” verilişində qonaq olan əməkdar artist Röya Ayxan oğlu Hüseynin təhsil aldığı məktəbdən şikayət edib:
“Valideynlər başqasının həyatını müzakirə etməməlidirlər. Məktəbdə uşaqlar dava ediblər. Uşağa sənin anan müğənnidir, sənin atan aparıcıdır və s. kimi sözlər demək olmaz. Hüseyn evə ağlaya-ağlaya gəldi. Dedim ki, sən yaxşı etmisən. Buna direktor nəzarət etməlidir. Düzdür, bu valideynlərin günahıdır ki, uşaqların yanında hər şey danışırlar. Mənə uşaqlıqda deyirdilər ki, atası bunları atıb, gedib. Bu, məndə tramva yaradıb. Ona görə də uşağa inanmaq və hər şeyi başa salmaq lazımdır. Oğlum “Modern School”da oxuyur” . (aznews.az)
Röya Ayxan Hüseyni xaricə göndərəcəyini də açıqlayıb: “Oğlum iki-üç ildən sonra xaricə oxumağa gedəcək. O gedəndə mən də gedəcəm. Onsuz da burada az oluram. Üzərində əsməyi çox xoşlamıram. Nəzarəti hiss etməlidir. Evdə mənə heç vaxt güvənməyiblər, düzünü deyirdim, daim döyürdülər. Bu içimdə qalıb”.

Həmçinin oxuyun

Damlaya görə yenə izdiham yarandı – Bu dəfə xaricdə + Video

Müğənni Damla yenə də pərəstişkarlarının izdihamı ilə üzləşib. “Qafqazinfo” xəbər verir ki, sənətçi bir neçə …