Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Röya atamın mahnısını oxumazdan əvvəl bizə zəng etdi” – Müğənninin qızı

“Röya atamın mahnısını oxumazdan əvvəl bizə zəng etdi” – Müğənninin qızı

“Hələ də atasızlıq travması yaşayıram. Ona dəhşətli dərəcədə bağlı idim. 1 yaşım olanda təntənəli keçirmişdi. Bütün məşhur müğənnilər Aygün Kazımova başda olmaqla hamı orada idi. Aygün xanım mənə gəlincik hədiyyə gətirmişdi. Hələ də bilmirəm ki, hansı arzusu ürəyində qaldı”.

Bunu mərhum müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva deyib.

O, atasının mahnılarını ifa edənlərdən də danışıb:

“Tanınmış estrada müğənniləri atamın mahnılarını ifa edəndə bizə xəbər edirlər. Hətta Röya Ayxan da atamın “Darıxıram” adlı mahnısını ifa etməzdən öncə bizə xəbər etmişdi. Röya ilə gözəl dostluq münasibətlərimiz var. Restoranlara gedəndə də görürük ki, gənc müğənnilər atamın mahnılarını ifa edirdilər. Bu bizə xoş təsir bağışlayır. Sağ olsunlar ki, yaşadırlar”. Moderator.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …