Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / “Rövnәq Abdullayevә şikayәt edәcәm”

“Rövnәq Abdullayevә şikayәt edәcәm”

Xəbər verdiyimiz kimi Azərbaycan milli komandasının sabiq qapıçısı Hüseyn Məhəmmədov “Neftçi”nin aşağı yaş qrupları üzrə komandasındakı işindən uzaqlaşdırılıb.

Məhəmmədov qumar oyunlarında iştirakda ittiham olunur. “Qafqazinfo” xəbər verir ki, bu gün mətbuat konfransı keçirən Məhəmmədov məsələyə aydınlıq gətirib: “Məni işdən çıxara bilərlər. Amma qumarbaz kimi şərləməkləri düzgün deyil. Bu hal mənim üçün xoş deyil. Mənim futbolda uğrularım var. Biz hazırda işimizin gözəlliyindən danışmalıyıq. Mənim futbolçu və məşqçi kimi gördüyüm iş qiymətləndirilməlidir. Bizim bu gün MDB kubokunda Ermənistan klubunu udan günümüzdür. Mənim qumarbaz kimi adlandırılmağım düzgün deyil. Mən “topaz”da olmamışam. Həmişə komandanın başında olmuşam. Bunu yazanlar da etiraf edib ki, həmin şəkillər 1 il yarım əvvələ aiddir. Hәmin vaxt mәn işsiz olmuşam. Dostum Rusiyadan gəlmişdi, onunla “topaz”da çay içmişik. Bunu yazan media orqanı da etiraf edib. Məni kişi kimi işdən çıxaraydılar. Bu adla işdən çıxarılmağım düzgün deyil”.

Məhəmmədov məsələ ilə bağlı AFFA prezidenti Röövnəq Abdullayevə şikayət məktubu göndərəcək: “Mən Azərbaycan çempionuyam. Əllərində heç bir sübut olmadan məni işdən çıxarırlar. Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət məktubu göndərəcəm. Bu barədə həmçinin klubun rəsmi saytında təkzib verilməsini də istəyirəm”.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın